İranda yüksək səviyyəli təhlükəsizlik məmuru 10 ildən sonra dəyişdi

OXUNUB: 186 Özəl DÜNYA
İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə çox yaxın olan Əli Şamhani 10 ildir ki, vəzifədə olduğu Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsindən uzaqlaşdırılıb. O, İnqilab Keşikçiləri Korpusunun yüksək səviyyəli simalarından biri olan Əli Ekber Ahmediyanın təyin olunduğu xəbəri ilə əvəzlənib.

7NEWS.az xəbər verir ki, prezident İbrahim Rəisi Ali Şəmhaninin (68) yerinə Əli Əkbər Əhmədiyanı (62) yüksək təhlükəsizlik məmuru təyin edib. 90-cı illərdə İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri Komandanlığını Şamhanidən təhvil alan və 7 il İnqilab Keşikçiləri Korpusunun Baş Qərargah rəisi vəzifəsində çalışmış Əhmədiyan son olaraq İnqilab Keşikçiləri Strateji Araşdırmalar Mərkəzinin direktoru olub.

7NEWS.az

RƏYLƏR