İrandan ABŞ-a sərt reaksiya:

OXUNUB: 757 DÜNYA
İranın xarici işlər naziri Cevad Zərif ABŞ prezidentinin İrana dair açıqlamalarına reaksiya göstərib.

Zərif sosial şəbəkədəki səhifəsindən Trampın açıqlamalarına cavab verib.

İranlı nazir Tvitter hesabında yazıb: "İran həqiqi bir seçkidən çıxdı. Demokratiya və orta yolun beşiyi sayılan ABŞ prezidenti tərəfindən hücuma məruz qalır. Bu hücum xarici siyasətdir yoxsa Səudiyyə Ərəbistanından alınan 480 milyard dolların qaymağıdır?"

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtında keçirilən zirvə görüşündə çıxış edən Tramp Bəşər Əsədin Suriyada İranın dəstəyi ilə dəhşətli və qorxunc cinayətlər işlədiyini bildirmişdi. Tramp İran rejimini beynəlxalq terrora liderlik etməkdə günahlandırmışdı./olke.az
 
İcmal.Az

RƏYLƏR