İrandan Avropaya yeni enerji təchizatı təklifi gəlib: ŞƏRTLƏR VAR

OXUNUB: 336 Özəl DÜNYA
İran Ukrayna müharibəsi səbəbindən enerji çatışmazlığı yaşayan Avropaya təbii qaz tədarük etməyi təklif edib. Bunun üçün Tehran özünə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını istəyir.

7NEWS.az xəbər verir ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən enerji çatışmazlığı yaşayan Avropaya təbii qaz tədarük etməyi təklif edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Fars xəbər agentliyinə deyib: "Məlum olduğu kimi, bizim lazımi təbii qaz ehtiyatlarımız və potensialımız var və biz Avropanın ehtiyaclarını ödəyə bilərik". Bununla belə, sözçü bəyan edib ki, bunun üçün 2015-ci ildə Vyanada imzalanmış nüvə sazişi yenidən qüvvəyə minməli, xüsusən də ABŞ-ın İrana qarşı bütün iqtisadi sanksiyaları ləğv edilməlidir. Vyanada əldə olunan razılaşma İranın 17 bankı və 150 iqtisadi qurumuna qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu.

7NEWS.az

RƏYLƏR