İrandan heroin gətirən Gürcüstan vətəndaşı saxlanıldı

OXUNUB: 550 HADİSƏ

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İcmal.Az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Gürcüstan Respublikası vətəndaşı olduğu məlum olub.

Belə ki, iyunun 11-də rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Almaz Rizayevin üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Araşdırmalarla A.Rizayevin narkotik vasitəni İran İslam Respublikasından Biləsvuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR