İrandan ölkəmizə heroin gətirən şəxs gömrükdə saxlanılıb

OXUNUB: 680 HADİSƏ

İrandan gələn vətəndaşın daxili orqanında 77,393 qram heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsindən İcmal.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR