7NEWS.az xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Fars əyalətində olan 4,6 bal gücündə zəlzələ yerli vaxtla saat 19.28-də qeydə alınıb. Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib. Zəlzələdən sonra can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Fevralın 21 və 22-də əyalətin Dorz kəndində 5,2 və 5,5 bal gücündə zəlzələlər baş verib.
7NEWS.az