İranın döyüş təyyarəsi İsfahan yaxınlığında qəzaya uğradı

OXUNUB: 301 Özəl DÜNYA
İranın mərkəzi bölgəsində döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

7NEWS.az xəbər verir ki, İran Hərbi Hava Qüvvələrinin təlim uçuşu zamanı F-7 qırıcısı İsfahan vilayətinin şərqində qəzaya uğrayıb. İran mediası yerli vaxtla səhər saat 08:30-da baş verən insidentdə hər iki pilotun həlak olduğunu bildirib. Ölən pilotların mayor Kasım Zamani və baş leytenant Muhammad Cevad Bai olduğu müəyyən edilib. İrana məxsus döyüş təyyarəsinin Nain şəhərinin Anarak rayonu ətrafında qəzaya uğramasının səbəbi araşdırılır.

7NEWS.az

RƏYLƏR