İranın Parisdəki səfirliyinin giriş qapısı yandırılıb

OXUNUB: 224 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Paris səfirliyinin bəyanatına əsasən, səfirliyin konsulluq bölməsinin giriş qapısı rejim əleyhinə qruplara mənsub olan naməlum şəxslər tərəfindən yandırılıb.
Hücumdan sonra başlayan yanğına yanğınsöndürmə qruplarının müdaxilə etdiyi və yanğının qısa müddətdə söndürüldüyü bildirilib.
Yanğında cüzi ziyanın olduğu və hücumdan sonra qaçan təcavüzkarların müəyyən edilərək tutulması üçün Fransa Xarici İşlər Nazirliyi və polis əməkdaşları tərəfindən lazımi işlərin aparıldığı qeyd edilib.

7NEWS.az

RƏYLƏR