Yenidən İran prezidenti seçilən Həsən Ruhaninin təntənəli inauqurasiya mərasimi avqustun 5-də baş tutacaq.
Mərasimdə bir sıra ölkələrin yüksəkvəzifəli nümayəndələri, eləcə də regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
İcmal.Az bu barədə İRNA agentliyinə istinadən xəbər verir.
Mərasimdə ali lider ayatolla Əli Xomeyni Ruhaniyə İranın prezident seçildiyi barədə fərmanı təqdim edəcək.
Xatırladaq ki, Ruhani İranda mayın 19-da keçirilən prezident seçkilərində 57 faiz səs toplayaraq qalib olub.

























