İranın yüksək səviyyəli təhlükəsizlik məmuru Şamhani vəzifəsindən azad edilib

OXUNUB: 185 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranın yüksək səviyyəli təhlükəsizlik məmuru Əli Şamhani 10 il işlədiyi Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsini təhvil verib. Prezident fərmanı ilə vəzifəsindən azad edilən Şamhaninin yerinə İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli şəxslərindən olan general Əli Əkbər Əhmədiyan təyin edilib. Daha əvvəl 3 il İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsində çalışan 62 yaşlı Əhmədiyan 2000-ci ildə İnqilab Keşikçiləri Korpusunun Baş Qərargah rəisi təyin edilib və bu vəzifəni 7 il davam etdirib.

7NEWS.az

RƏYLƏR