İranlı futbolçu Əmir Rza Nəzr Azadani "Allaha düşmənçilik” ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
7NEWS.az xəbər verir ki, İranda Mahsa Cina Amininin qətlindən sonra başlayan etirazlarda iştirak etməkdə və İnqilab Keşikçiləri Besiçi öldürməkdə günahlandırılan peşəkar futbolçu Əmir Rza Nəzr Azadani 16 il həbs cəzasına məhkum edilib. İranın yarı-rəsmi Tasnim xəbər agentliyi Azadani-nin "Allaha düşmənçilik” ittihamı ilə 16 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.
7NEWS.az