İraq son 45 ildə ilk dəfə "Kainat gözəli” yarışmasına nümayəndə göndərəcək.
İcmal.Az bu barədə Oxu.Az SHAFAQ News-a istinadən xəbər verir.
Məlumata əsasən, yarışmada İraqı 27 yaşlı Sara Aydan təmsil edəcək. O, Bağdadda keçirilən gözəllik yarışmasında ikinci yeri qazanıb. Birinci yeri tutan xanımın ərdə olduğu məlum olduqdan sonra onun qazandığı titul əlindən alınıb və beləliklə, ABŞ-a getmək hüququnu Aydan qazanıb.
İraq sonuncu dəfə "Kainat gözəli” yarışmasında 1972-ci ildə iştirak edib. Puerto-Rikoda keçirilən həmin yarışmada ölkəni Vaydan Süleyman təmsil edib.
Qeyd edək ki, bu il "Kainat gözəli” yarışması noyabrın 26-da Las-Veqasda keçiriləcək.
İcmal.Az

























