İraqda iki gəmi toqquşdu: Ölənlər var

OXUNUB: 832 DÜNYA

İraqda iki gəmi toqquşub.

 Bu barədə Reuters məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə şənbə günü, ölkənin daxili suları ərazisində, Hor-Abdulla boğazında baş verib.

Dövlət limanına məxsus "Аl-Misbar” gəmisinin "Royal Arsenal” gəmisi ilə toqquşması nəticəsində bir neçə nəfər itkin düşüb.

Hadisə zamanı "Аl-Misbar” gəmisinin göyərtəsində 21 dənizçi olub. Onlardan 10-u xilas edilib, 4-ü ölüb, digərləri isə itkin düşmüş sayılır./report

 

İcmal.Az

RƏYLƏR