İraqda yeni terror qruplaşması yaradılıb

OXUNUB: 960 DÜNYA

İraq qüvvələri yeni terror qruplaşmasının izinə düşüb. Qeyd olunur ki, bu əvvəllər məlum olmayan "Rayyat-əl-Beyda” ("Ağ bayraqlar”) adlı terror qruplaşmasıdır.

 Yaraqlılar dəfələrlə hökumət ordusunun nəzarətində olan blokpostlara hücum ediblər.

Bu səbəbdən Bağdad ölkənin şimalına yardım yollamaq qərarına gəlib.

Terrorçuların İraqa Suriyadan keçdiyi ehtimal olunur.

Qeyd edilir ki, yaraqlıların hamısı yaxşı hazırlıq görüb və döyüş təcrübəsinə malikdirlər.

"Rayyat-əl-Beyda”nın üzvlərinin 500 nəfər və əksəriyyətini kürdlərin təşkil etdiyi, ancaq aralarında İraq-Şam İslam Dövləti terror qruplaşmasının sıralarında vuruşan ərəb muzdluların olduğu da bildirilir.

Təşkilatın ağ rəngli bayrağında şir başı təsvir olunub./oxu

İcmal.Az

RƏYLƏR