İrlandiyanın əhalisi 171 ildən sonra ilk dəfə 5 milyonu ötüb

OXUNUB: 174 Özəl DÜNYA
İrlandiya Statistika İnstitutu ölkə əhalisinin 171 ildən sonra ilk dəfə 2022-ci ildə 5 milyonu keçdiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, İrlandiya Statistika İnstitutu ölkə əhalisinin 
artımı ilə bağlı ən son məlumatları açıqlayıb.

2022-ci ilin aprel ayında aparılan siyahıyaalmada ölkədə yaşayan əhalinin sayı 5 milyon 149 min 139 nəfər olaraq qeyd edildi. Açıqlamada bu rəqəmin 2016-cı ildəki əvvəlki siyahıyaalma ilə müqayisədə təxminən 390 min nəfər çox olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR