Atlantik Okeanında yaranmış "İrma" qasırğası ABŞ-ın Florida ştatını vurub. Qasırğa ilk əvvəl ştatın cənub-qərb sahilindəki Marko adasında fəsadlar törədib.
ABŞ-ın Milli Metereologiya Mərkəzindən verilən məlumata görə, Marko adasına yerli vaxtla 15.35-də çatmış qasırğa şimala doğru 19 km/saat sürətlə hərəkət edir.
4-cü kateqoriyalı qasırğa artıq Sankt-Pitersberq şəhərinə çatıb. Daha sonra isə "İrma"nın Tallahassi şəhərinə yönələcəyi güman edilir.
Mayami şəhərini su basıb.
Marko adasının mərkəzi şəhəri olan Neyplsin küçələrini də su basıb. "İrma" indi Tampa-Beydən 80 km aralıdadır.
Qasırğa gücünü itirməkdədir. "İrma"nın episentrində küləyin sürəti 160 km/saata düşüb.
"İrma"nın Floridanın şimalına, Corciya ştatının cənubuna çatanda tropik qasırğaya çevriləcəyi ehtimal olunur.
"İrma" qasırğası 30 milyon insanın yaşadığı ərazilərdə tüğyan edəcək. Florida ştatında 6,3 milyon insanın təxliyə olunacağı deyilib. 114 min insan artıq 500 müvəqqəti sığınacağa yerləşdirilib.
ABŞ prezidenti Donald Tramp və Florida ştatının qubernatoru Rik Skott əhaliyə bütün zəruri yardımların ediləcəyini deyiblər.
"İrma" qasırğası avqustun sonunda Texas ştatının sahillərini vuran və fəlakətli sonuclara səbəb olan "Harvi" qasırğasından daha güclüdür.
"İrma" qasırğası Karib hövzəsindəki ada dövlətləri viran qoyub. Barbados adasında bütün binalar dağılıb, Puerto-Rikoda bütün elektrik təminatı şəbəkəsi sıradan çıxıb, habelə Britaniya Virciniya adaları, Sen-Marten, Sen-Bartelemi, Sen-Kits və Nevisdə də evləri yerlə yeksan edib./milli




İcmal.Az
Videoları izləmək üçün şəkillərə klikləyin:




























