“İrma”qasırğası Floridada milyonlarla sakini elektrik enerjisiz qoydu

OXUNUB: 714 DÜNYA

ABŞ-ın Florida ştatında tüğyan edən "İrma” qasırğası 3 milyondan çox sakini elektrik enerjisiz qoyub.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ştatın bəzi ərazilərində suyun səviyyəsi 2,5 m qalxıb.

Ən çox zərər çəkmiş ərazilərdən əhalinin evakuasiyası davam edir. İkinci kateqoriyayadək zəifləyən  qasırğanın sürəti saatda 175 kilometrədək enib. ABŞ prezidenti Donald Tramp "İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib.

İcmal.Az

RƏYLƏR