İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulub

OXUNUB: 463 GÜNDƏM İQTİSADİYYAT
İşğaldan azad edilmiş bütün ərazilərdə bu il genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılması nəzərdə tutulur.

Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma məsələləri üzrə” İşçi qrupunun rəhbəri, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

"2022-2026-cı illərdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulub. Ağdam rayonunda 9700 mənzilin tikilməsi planlaşdırılıb. 2025-ci ildə Ağdam şəhərinə və ilk bərpa olunan kəndlərə əhalinin köçürülməsi nəzərdə tutulub”, – deyə o bildirib./AZƏRTAC

RƏYLƏR