Suriya ordusunun azad etdiyi Mayadin şəhərindəki İŞİD-ə aid anbarlarda xeyli sayda silah-sursat aşkarlanıb.
Aşkarlanan silahlar arasında ABŞ istehsalı olan silahlar da olub.
Suriya ordusunun polkovniki Rəhmi Mauvasın sözlərinə görə, aşkarlanan silah anbarları həqiqətən də çox böyükdür: "Gördüyüm silahların miqdarı məni xeyli təəccübləndirdi. Burada İsrail ABŞ, Qərb və Şərq ölkələrində istehsal olunan yüzlərlə, hətta minlərlə silah var”,- deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi əməliyyat nəticəsində Mayadindəki İŞİD terror qruplaşmasının zərərsizləşdirildiyini və şəhərin tamamilə azad edildiyini açıqlamışdı./Modern.az
İcmal.Az

























