İŞİD Əfqanıstanda televiziya binasına basqın etdi

OXUNUB: 848 DÜNYA
İŞİD terror qruplaşması Əfqanıstanın Cəlilabad şəhərindəki dövlət televiziyasını hədəfə götürüb.


Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Cəlilabad şəhərindəki dövlət televiziyası terrorçuların basqınına məruz qalıb.

Nanqarhar icra hakimiyyətindən verilən məlumata görə, hücumçular binanın girişində üzərilərinə bağlanmış bombanı partladıblar. Üçüncü hücumçu isə binanın içinə girərək atəş açıb. Terrorçu ilə təhlükəsizlik qüvvələri arasında atışma baş verib.

1 nəfər həlak olub, yaralanan 14 nəfər xəstəxanaya yerləşdirilib. Hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz boynuna götürüb./olke.az
 

İcmal.Az

RƏYLƏR