İŞİD-i dəstəkləyən Lafarge cərimə ödəyəcək

OXUNUB: 520 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransanın sement nəhəngi "Lafarge” Suriyadakı vətəndaş müharibəsi zamanı fabrik saxlayaraq terror təşkilatı İŞİD-ə dəstək verdiyinə dair ittihamları qəbul edib. ABŞ Ədliyyə Nazirliyi Lafarca 778 milyon dollar cərimə ödəməyə razılaşıb. Lafarge SA və onun Suriyadakı fəaliyyətini dayandırmış törəmə şirkəti tərəfindən edilən açıqlamada aşağıdakı ifadələr yer alıb: "Biz 2013-cü ilin avqustundan 2014-cü ilin oktyabrına qədər Suriyada müəyyən edilmiş xarici terror təşkilatlarına maddi dəstək vermək üçün sui-qəsddə günahkar bilinirik. Bu hərəkətlər LaFarge prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu hadisənin baş verdiyinə görə çox təəssüflənirik.

7NEWS.az

RƏYLƏR