İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

OXUNUB: 1146 DÜNYA

İŞİD terror qruplaşması Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Reuters agentliyi xəbər verib.

İyunun 4-ə keçən gecə  "London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb.  London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb./apa

İcmal.Az

RƏYLƏR