İŞİD rus karvanına hücum etdi: ölənlər var

OXUNUB: 961 DÜNYA

İŞİD terror təşkilatının Suriyanın Deyr əz-Zor şəhərindəki hücumları zamanı 2 rus həlak olub.

İcmal.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir:

"Əsgərlər Rusiyanın Düşmən Tərəfləri Razılaşdırma Mərkəzinin avtomobil karvanına yoldaşlıq ediblər. Karvan Deyr əz-Zor şəhərində İŞİD-in toplarla hücumuna məruz qalıb. Hücum nəticəsində bir rus əsgəri yerindəcə həlak olub, digəri yaralanıb.

 

Yaralı əsgər xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb".

 

İcmal.Az

RƏYLƏR