İŞİD terror təşkilatı Almaniya, İngiltərə və Fransada Yeni il gecəsi terror törətməyi planlaşdırır.
Bu barədə "The Epooch Times" nəşri xəbər yayıb. "Bləkops Kiber" tərəfindən ələ keçirilən fotolarda İŞİD-in İngiltərə, Fransa və Almaniyaya yönəli mesajları yer alır.
Fotolarda üç dildə "yaxında sizin tətilinizdə" sözləri yer alıb.
Qeyd edək ki, İŞİD üzvü Əbdülqadir Maşaripov 2016-cı ilin son gecəsində İstanbulda Reina əyləncə mərkəzində terror törədərək 39 nəfərin həyatına son qoymuşdu./teleqraf.com
İcmal.Az


























