İŞİD üzvü olan 111 nəfər saxlanıldı

OXUNUB: 600 DÜNYA

Ankarada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Əməliyyatda Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin 1500 əməkdaşı iştirak edib.

 

Mərkəzi rayonlar, o cümlədən, Sincan, Etimesqut və Çubuq da daxil olmaqla 250 ünvanda eyni vaxtda aparılan əməliyyatda 245 şübhəlidən 111-i saxlanılıb.
 
Aralarında İŞİD-i dəstəkləyən "Tatlıbal qrupu" üzvlərinin də olduğu şübhəli şəxslərin ünvanlarında aparılan axtarışda çoxlu sayda təşkilati proqram və rəqəmsal materiallar müsadirə olunub. /milli

İcmal.Az

RƏYLƏR