“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “Öndərin izi” layihəsi üzrə seçim turlarını başa çatdırıb

OXUNUB: 255 SOSİAL
"Öndərin izi” layihəsi çərçivəsində Mərkəzi Aran iqtisadi rayonuna daxil olan altı rayon və bir şəhərdə seçim turları keçirilib. Seçim turlarında hər rayon üzrə hər birində 5 nəfər olmaqla komandalar Nə?, Harada?, Nə zaman? Formatı üzrə 24 sual ətrafında öz güclərini sınayıblar. Seçim turlarının nəticələrinə müvafiq olaraq hər rayon üzrə ən yüksək nəticə edən bir, Mingəçevir şəhəri üzrə isə (Ötən il Gənclər Paytaxtı olduğu üçün) ən yüksək nəticə əldə edən iki komanda finala vəsiqə əldə edib. Seçim turunda ümumilikdə 49 komanda iştirak edib. Seçim turları müvafiq olaraq Kürdəmir, Ucar, Zərdab, Göyçay, Yevlax, Mingəçevir Gənclər Evlərində və Ağdaş rayon Heydər Əliyev Mərkəzində həyata keçirilib.
Layihənin məqsədi gənclər, xüsusilə də Mərkəzi Aran iqtisadi rayonuna daxil olan rayon və şəhərlərdə yaşayan, təhsil alan və fəaliyyət göstərən gənclər arasında Ulu Öndər irsinin təbliği, onun həyat və fəaliyyəti haqqında məlumatların aşılanması və bunun intellektual yarış əsasında həyata keçirilməsindən ibarətdir. Bu mənada layihə çərçivəsində keçirilən seçim turlarının sualları Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti və ümumi dünya görüşünə həsr olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Mərkəzi Aran iqtisadi rayonunda həyata keçirilir.

RƏYLƏR