İslandiyada sünnətə qadağa qoyulacaq

OXUNUB: 540 DÜNYA

İslandiyada sünnətə qadağa qoyula bilər.

Bununla bağlı yaxın zamanlarda ölkə parlamentində xüsusi qanunun qəbul olunması gözlənilir.

İslandiya siyasiləri isə bunu sünnət əməliyyatlarının peşəkar mütəxəssislər tərəfindən aparılmaması, sünnət əməliyyatı keçirilən yerlərin çox zaman sanitar-gigiyenik tələblərə cavab verməməsi ilə əlaqələndirirlər.

Amma ekspertlər bunun arxasında gizli maraqların, miqrant axınının qarşısının alınmasının dayandığı və bu addımın gələcəkdə bir çox Avropa İttifaqı (Aİ) üzvü olan dövlətlər tərəfindən atıla biləcəyi ehtimalını irəli sürürlər.

Qeyd edək ki, artıq adıçəkilən dövlətdə yaşayan iki minə yaxın müsəlman dinindən və yəhudi millətindən olan insan tərəfindən bu addım pislənilib, bunun insan və dini etiqad azadlığına hörmətsizlik olduğu vurğulanıb.

İslandiya rəsmiləri isə hələlik bu ittihamlara cavab verməyiblər./oxu

İcmal.Az

RƏYLƏR