"İşləmirdim, evdə problemlər yaranmışdı" - Namiq

OXUNUB: 979 ŞOU-BİZNES

Meyxanaçı Namiq Qaraçuxurlu ARB TV-nin "Səhər-səhər” verilişinin qonağı olub.

 
İcmal.Az-ın məlumatına görə, sənətçi bildirib ki, maddi sıxıntıları olub. Namiq ayağı sınandan sonra uzun müddət çalışmamağın onun evində də problem yaratdığını söyləyib:

"O hadisənin olması bir tərəfdən ona görə yaxşıdır ki, sən böyük adam olmadığını başa düşürsən. 2 ay işləməyən kimi kasıblaşırsan. Artıq evdə problemlər yaşanır. Qəribə haldır ki, o ərəfələrdə məndən pul istəyirdilər. 3-4 aydı işləmirdim. Allah mənə güc və şans verdi. Nə ziyana düşmüşdümsə, hamısın geri aldım”.

 

 
İcmal.Az

RƏYLƏR