İsmayıllıda 6 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntüləri – VİDEO

OXUNUB: 779 HADİSƏ

İsmayıllı rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb.

Rayonun Muğanlı-Qəbələ avtomobil yolunun Topçu kəndindən keçən hissəsində "Toyota” və "Opel” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəticədə "Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb./oxu

 
İcmal.Az

RƏYLƏR