İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü

OXUNUB: 514 HADİSƏ

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az APA-ya istinadla xəbər verir ki, 50-BE-448 dövlət nömrə nişanlı, "QAZ 2400” markalı avtomobil Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yeddi yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR