İspaniya İsraildən 429 nəfəri təxliyə edib

OXUNUB: 307 Özəl DÜNYA
İspaniya İsraildə ölkəni tərk etmək üçün müraciət edən 429 nəfərin təxliyyəsinin tamamlandığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, İspaniya Müdafiə Nazirliyinin X-dəki postuna görə, dünən Təl-Əvivə göndərilən 2 təyyarə ilə təxliyə edilən 429 nəfər Madriddəki Torrejon de Ardoz hərbi hava bazasına gəlib. Təxliyə edilənlərdən 334-ü ispan, 41-i Latın Amerikası, 22-si Avropa ölkələri, 32-si isə digər ölkələrin vətəndaşlarıdır.

7NEWS.az

RƏYLƏR