İspaniyada fırtına: Metro su altında QALDI

OXUNUB: 453 Özəl DÜNYA
İspaniyanın paytaxtı Madriddə "Efrain” fırtınasının yaratdığı leysan yağışlar metro stansiyalarını su basıb.

7NEWS.az xəbər verir ki, İspaniyanın paytaxtı Madridə təsir edən leysan yağışlar həyatı dayandırıb. Təxminən bir həftədir davam edən Efrain tufanının güclənməsi nəticəsində ötən gün metro stansiyalarını su basıb. Sosial mediada əks olunan görüntülərdə sel sularının stansiya pilləkənlərindən şəlalə kimi axdığı, sel sularının stansiyalarda az qala bel səviyyəsinə gəldiyi görülüb.

7NEWS.az

RƏYLƏR