Maaş artımı tələbləri yerinə yetirilməyən İspaniyada məhkəmə məmurları ölkə daxilində müddətsiz tətilə başlayıb.
7NEWS.az xəbər verir ki, bir aydan çox davam edən danışıqlardan sonra məhkəmə məmurlarının bağlı olduğu həmkarlar ittifaqları, razılığın əldə olunmadığını əsas gətirərək tətil etmək qərarına gəliblər. Ölkə üzrə təxminən 45,000 məhkəmə məmuru sol koalisiya hökumətinə təzyiq göstərmək üçün bu günə kimi işlərini tərk edib.
7NEWS.az