İspaniyada meşə yanğını nəticəsində mindən çox insan təxliyə edildi

OXUNUB: 182 Özəl DÜNYA

İspaniyanın şərqindəki Valensiya şəhərinin çölündə baş verən meşə yanğını səbəbindən mindən çox insan təxliyə edilib. 

7NEWS.az xəbər verir ki, İspaniyanın şərqindəki Valensiya şəhərinin Villanueva de Viver kəndi yaxınlığında günorta saatlarında başlayan meşə yanğını qısa müddətdə nəzarətdən çıxıb. Alov ətrafdakı bəzi qəsəbə və kəndləri təhlükə altına saldığından çoxlu insan təxliyə edilib. İndiyədək ən azı 900 hektar ərazinin yanğından zərər çəkdiyi bildirilir. 

Valensiya yanğınsöndürmə idarəsindən verilən açıqlamada bölgənin 8 kənd və qəsəbəsində yaşayan mindən çox insanın təxliyə edildiyi, bölgədə 600 nəfərlik sığınacaq və sahə xəstəxanasının yaradıldığı bildirilib. Səlahiyyətlilər yanğının hələlik nəzarət altına alına bilmədiyini açıqlayıb və bölgədə yeni təxliyyələrin edilə biləcəyi barədə xəbərdarlıq ediblər. 

Yanğına 15 təyyarə, 74 yanğınsöndürən və 19 yanğınsöndürən maşını ilə müdaxilə edildiyi bildirilib, bölgədə təsirli olan quru hava və güclü küləyin yanğının söndürülməsini çətinləşdirdiyi bildirilib. 

7NEWS.az

RƏYLƏR