İspaniyada naməlum şəxs "Allahu Əkbər" qışqırıb polislərə hücum etdi

OXUNUB: 893 DÜNYA

İspaniya polisi Mərakeşlə İspaniyanın anklavı Meliliyada hüquq-mühafizə keşikçilərinə bıçaqla hücum edən şəxsi saxlayıb. Trend-in məlumatına görə, İspaniya daxili işlər naziri Xuan İqnasio Soido məlumatı təsdiqləyib.

İnsident Beni Enzar sərhəd məntəqəsində baş verib. Polislərdən biri yüngül yaralanıb.

Naməlum şəxsin polislərə hücum edərkən "Allahu Əkbər" qışqırması da qeyd olunur./trend

 

İcmal.Az

RƏYLƏR