İspaniyanın Pamplona şəhərində keçirilən San Fermin festivalında dünən keçirilən öküz qaçışı yarışında 3 nəfər xəsarət alıb.
7NEWS.az xəbər verir ki, İspaniyada koronavirus epidemiyası səbəbindən 2 illik fasilədən sonra bu il yenidən təşkil edilən məşhur San Fermin Festivalı davam edir. Şəhər küçələrindən öküz döyüş arenasına qədər olan 850 metrlik yolda keçirilən öküz qaçışında yüzlərlə insan iştirak etdiyi halda, dünən beşinci dəfə keçirilən tədbir zamanı 3 nəfər yaralanaraq xəstəxanaya aparılıb.
İcmal.az