İspaniyada termometrlər 44,8 dərəcəni göstərib

OXUNUB: 145 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avropada 40 dərəcəni aşan temperatur həyatı mənfi təsir etməyə davam edir. Yayın əvvəlindən termometrlərin 45 dərəcəyə yaxınlaşdığı İspaniyada üçüncü isti dalğası qüvvəyə minməyə başlayıb. Meteorologiya xidmətinin verdiyi açıqlamada termometrlər ölkənin cənubunda yerləşən Əndəlus Muxtar Bölgəsindəki Ənducar şəhərində 44,8, Jaen şəhərində isə 44,7 göstərib. Ölkədə həddindən artıq istilərlə başlayan La Palma adasında baş verən meşə yanğınlarında 4 min 500 hektar ərazi külə dönüb, 4 min 255 nəfər isə bölgədən təxliyə edilib.

7NEWS.az

RƏYLƏR