İsrail Amerikanın şirkətinə qaz yatağında istehsal üçün icazə verib

OXUNUB: 327 Özəl DÜNYA İQTİSADİYYAT
İsrailin Energetika Nazirliyi Amerikanın Energean şirkətinə Aralıq dənizindəki Kariş qaz yatağında hasilata başlamaq üçün təsdiqləyib.

7NEWS.az xəbər verir ki, İsrailin rəsmi yayım qurumu KAN-ın xəbərinə görə, Energetika Nazirliyi Karişdə istehsal üçün "Energean”a icazə verib və ən qısa zamanda istehsala başlamaq istəyir.

İsrailin baş naziri Yair Lapid bazar ertəsi ölkəsi ilə Livan arasında dəniz sərhədi razılaşmasına işarə edərək, "Cümə axşamı günü Livanla tarixi müqavilə imzalayacağıq. İsrail yaxın gələcəkdə Avropanın əsas qaz tədarükçüsü olacaq" dedi.

7NEWS.az

RƏYLƏR