İsrail Dəməşq hava limanını vurdu: 4 ÖLÜ

OXUNUB: 534 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsrail ordusu yerli vaxtla saat 02:00 radələrində Dəməşq Beynəlxalq Hava Limanı və ətrafına raket zərbəsi endirib. Yerli mənbələrdən verilən açıqlamada İsrailin İranın dəstəklədiyi cavab qruplarına aid mövqeləri hədəfə aldığı hücumda 2-si rejim əsgəri olmaqla 4 nəfərin şəhid olduğu bildirilib. Suriya rəsmi xəbər agentliyi hücumdan sonra fəaliyyətini dayandıran hava limanının yerli vaxtla saat 09:00-da yenidən açıldığını açıqlayıb. Təxminən 7 ay əvvəl İsrail İranın dəstəklədiyi milislər və Livan Hizbullahının mövqeləri ilə əhatə olunmuş Dəməşq hava limanına hücum edib. İyun ayında hava limanına edilən hücum infrastruktura və uçuş-enmə zolağına ziyan vurmuşdu. Xidmətdən çıxmış hava limanı 2 həftə sonra fəaliyyətini bərpa edib.


RƏYLƏR