İsrail döyüş təyyarələri Qəzzanı vurub

OXUNUB: 193 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza zolağının ortasındakı bir bölgəyə 3 raketlə hücum edib. Fələstin mətbuatının məlumatına görə, hücumun hədəfi olan bölgədə yanğın baş verib, yaxınlıqdakı mülki əhalinin evlərinə ciddi ziyan dəyib. Hücum zamanı insan itkisi olmayıb. İsrail döyüş təyyarələri də 2 raketlə Qəzzanın qərbindəki bir bölgəni hədəf alıb. Beyt Lahya şəhərinin şimalındakı bir ərazi və Qəzzanın mərkəzi və şimalındakı əkin sahələri də döyüş təyyarələri tərəfindən hədəfə alınıb. İtkilər barədə məlumat verilmir. İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada, dünən axşam saatlarında Qəzzadan İsrailə atılan raketə cavab olaraq İsrail döyüş təyyarələrinin HƏMAS-a aid nöqtələri vurduğu bildirilib.

7NEWS.az

RƏYLƏR