Ömrünün 40 ilini İsrail həbsxanalarında keçirən fələstinli Kərim Yunus azadlığa çıxıb.
7NEWS.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi yazılı açıqlamada cəzasını tamamlayan Yunusun sərbəst buraxıldığını bildirib. Açıqlamada 6 yanvar 1983-cü ildə İsrail tərəfindən nəzarətə alınan fələstinliyə ömürlük həbs cəzası verildiyi və bu müddətin 40 il olaraq təyin edildiyi bildirilib.
Yunus Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi Fəth Hərəkatı Mərkəzi Komitəsinin üzvüdür. 1956-cı ilin dekabrında anadan olan Yunus 27 yaşında girdiyi həbsxanaya, 67 yaşında çıxdı.
7NEWS.az