İsrail Kiyevdə səfirliyi yenidən açacaq

OXUNUB: 252 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ölkəsinin Kiyevdəki səfirliyini yenidən açmaq üçün Ukraynaya gedən İsrailin xarici işlər naziri Eli Koen Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşəcək.

İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Koen Rusiyanın hərbi əməliyyatlarına başladıqdan sonra Ukraynaya səfər edən ilk İsrail naziri olub.
Bildirilib ki, Koen səfər çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və həmkarı Dmitri Kuleba ilə görüşəcək.

7NEWS.az

RƏYLƏR