İsrail Qəzza zolağını bombaladı

OXUNUB: 710 DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS təşkilatının altı hərbi-dəniz obyektinə aviazərbələr endirib.

İcmal.Az-ın xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, aviazərbələr HƏMAS təşkilatının terror fəaliyyəti və İsrail ərazisinə kütləvi keçid cəhdinə cavabdır.

Martın sonlarından Qəzza zolağında "Qayıdışın böyük marşı” adlı kütləvi aksiya keçirilir. Fələstinlilər onların İsrail ərazisinə qayıtmağa icazə verilməsini tələb edirlər. Onlar sərhəddə düşərgə salıblar. Etirazlar zamanı 30 nəfər ölüb.

 

İcmal.Az

RƏYLƏR