İsrail qüvvələri İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

OXUNUB: 443 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsrail qüvvələri İordan çayının qərb sahilindəki Hebron şəhərindəki Hərəm-i İbrahim məscidinin cənubundakı hərbi nəzarət məntəqəsində Əbu Fevdanın avtomobilini canlı güllələrlə atəşə tutub. Başından xəsarət alan 26 yaşlı Əbu Fevda aparıldığı xəstəxanada dünyasını dəyişib. İsrail qüvvələrinin avtomobilə atəş açmasının səbəbi ilə bağlı təfərrüatlar verilməyib. Yanvarın 26-da İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə basqın etməsi nəticəsində 10 fələstinli həlak olub. Basqından sonra bölgədə baş verən hadisələrdə işğal altındakı Şərqi Qüdsün Ər-Ram qəsəbəsində 22 yaşlı fələstinli həyatını itirib. 2023-cü ilin əvvəlindən işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrailin açdığı atəş nəticəsində aralarında qadın və uşaqların da olduğu 30-dan çox fələstinli həlak olub.

7NEWS.az

RƏYLƏR