7NEWS.az xəbər verir ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə basqın edib. Səlahiyyətlilər bildiriblər ki, İsrail əsgərləri iş saatları ərzində Nablus şəhərinə basqın edib və şagirdlər məktəbdə olarkən bir evi mühasirəyə alaraq atəş açıblar. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada 3 fələstinlinin öldüyü, 41 nəfərin yaralandığı, İsrail əsgərlərinin isə təcili yardım maşınlarının şəhərə çatmasına və yaralıların təxliyəsinə mane olduğu bildirilib.
7NEWS.az