İsraildə Fələstin bayrağının dalğalanması qadağan edilib

OXUNUB: 290 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə Fələstin bayrağının dalğalanmasının qadağan olunduğunu açıqlayıb. Qərar 40 il həbsdə olan fələstinli məhbusun azad edilməsindən sonra keçirilən bayram tədbirlərindən sonra qəbul edilib. Yunusun azadlığa çıxması ilə şimaldakı Ara kəndində Fələstin bayrağı dalğalanaraq bayram tədbirləri keçirilib. İfrat sağçı nazir Ben-Qvir təkcə bayraq qadağasına görə deyil, həm də qeyd etmələrə mane olmadığına görə araşdırma başlanılmasını tələb edib. İtamar Ben-Qvir, ifrat sağçı Yəhudi Güc Partiyasının lideri, fələstinlilərə qarşı irqçi və ayrı-seçkilik ritorikası ilə tanınır. İsraildə baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında yaradılan koalisiya "İsrail tarixinin ən sağçı hökuməti” olaraq xarakterizə edilir.

7NEWS.az

RƏYLƏR