İsraildə hərbi vertolyot qəzaya düşdü - Ölən və yaralanan var

OXUNUB: 736 DÜNYA

İsrail Hava Qüvvələrinə aid vertolyot Nəcəf Çölündəki Ramon Hava Bazasında təlim uçuşu zamanı qəzaya uğrayıb.

  Bu barədə "Haaretz” qəzeti məlumat yayıb.

Məlumata əsasən helikopterin qəzaya uğraması nəticəsində mayor rütbəsində olan pilot həlak olub, bir leytenant isə ağır yaralanıb.

Qəzadan sonra hava bazasındakı bütün hərbi uçuşlar dayandırılıb və hadisə ilə bağlı istintaq başlayıb./qafqazinfo

 

 

İcmal.Az


 

RƏYLƏR