7NEWS.az xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivin Həbimə meydanına toplaşan on minlərlə insan baş nazir Benyamin Netanyahu hökumətinin "məhkəmə sistemini zəiflətmək” cəhdlərinə və ifrat sağçı siyasətlərə etiraz edib. İsrail polisi nümayişlərə 100 min insanın qatılacağını gözlədiyini açıqlasa da, paytaxtda sıx təhlükəsizlik tədbirləri görülüb. Nümayişdə iştirak edən ana müxalifət lideri, keçmiş baş nazir Yair Lapid: "Bu gün burada gördüyünüz ölkəyə dəstək nümayişidir. Biz qalib gələnə qədər təslim olmayacağıq” deyib.
7NEWS.az