Təxminən 80 min insan baş nazir Benyamin Netanyahu hökumətinin "məhkəmə sistemini zəiflətmək” cəhdlərinə və ifrat sağçı siyasətə etiraz etmək üçün Təl-Əvivdə toplaşıb.
7NEWS.az xəbər verir ki, dekabrda vəzifəyə başlayan İsrail tarixinin ən sağçı və dini hökumətinin planlaşdırdığı dəyişikliklərə qarşı Təl-Əvivdə yağışa baxmayaraq, 80-100 min insan küçələrə çıxıb. Fəallar hökumətin Ali Məhkəmə tərəfindən ləğv olunacağından qorxmadan qanunları qəbul etməyə imkan verən nizamnaməsinə etiraz edirlər. Etirazlara qatılan baş nazir Benyamin Netanyahunun əmisi oğlu Dan Netanyahu deyib ki, planlaşdırılan məhkəmə islahatları ölkəni nasist Almaniyasına bənzədəcək.
7NEWS.az