İsrailin Pekindəki səfirliyinin əməkdaşı bıçaqlanıb

OXUNUB: 314 Özəl DÜNYA
İsrail Xarici İşlər Nazirliyi bu gün Pekin səfirliyində çalışan işçiyə bıçaqla hücum edildiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin bu gün verdiyi açıqlamada Çinin paytaxtı Pekində səfirlik şəhərciyinin qarşısında səfirlik əməkdaşının bıçaqlandığı və xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Açıqlamada hücumun səbəbi açıqlanmasa da, yaralıların vəziyyətinin yaxşı olduğu və müalicələrinin davam etdiyi bildirilib. Sosial mediada paylaşılan görüntülərdə ağ paltarlı təcavüzkarın yerə yıxılan şəxsi dəfələrlə bıçaqladığı görünür. Bıçaqlanan şəxs qan içində oradan uzaqlaşmaq istəyərkən, təcavüzkar axsayaraq əks istiqamətə gedir. Başqa bir görüntüdə isə hücuma məruz qalan şəxs İsrail səfirliyində işlədiyini, Çin sakinlərinin ona yol kənarında kömək etməyə çalışdığını bildirib. Sakitləşdirilməyə çalışan yaralıya təcili yardımın yolda olduğu deyilərkən, videoda daha sonra görünən şəxs təcili yardımı gözləmədən yaralının başqa maşınla daşınmasını xahiş edir.

7NEWS.az

RƏYLƏR